Elan yerləşdirmə qaydaları aşağıdakılardır:
İstifadəçi 30 gün ərzində pulsuz və limitsiz elan yerləşdirə bilər. Elanın aktiv qalma müddəti 30 gündür. Bu müddət bitdikdə elan avtomatik olaraq saytdan silinir.
Əgər elanda elanla əlaqəsi olmayan şəkil və ya məlumat aşkar edilərsə, həmin elan saytda görünməyəcək.
Eyni elan saytda yalnız bir dəfə yerləşdirilə bilər. Elanı ikinci dəfə paylaşmaq üçün ya əvvəlki elanı silməli, ya da 30 günlük müddətin bitməsini gözləməlisiniz.
Əgər elanınızı saytımıza sizin yerinizə biz yerləşdiririksə, bu xidmət ödənişlidir.
"VIP Elan" və "Elanı İrəli Çək" xidmətləri ödənişlidir və bu ödənişlər istifadəçiyə açıq şəkildə təqdim edilir.
İstifadəçi yalnız saytda göstərilən elan kateqoriyalarına uyğun olaraq elan yerləşdirə bilər.
Elan statusu ilə bağlı qaydalar aşağıdakılardır:
Əgər elanın "Statusu" "Auksion" olaraq seçilərsə, elan alıcıların təkliflərinə uyğun şəkildə formalaşacaq.
Əgər elanın "Statusu" "Qəzalı" olaraq seçilərsə, elan sahibi mütləq avtomobilin qəzalı vəziyyətini əks etdirən fotoları yerləşdirməlidir.
Əgər elanın "Statusu" "Təcili Satılır" olaraq seçilərsə, elan mütləq bazar qiymətindən daha ucuz qiymətə qoyulmalıdır. Əks halda "Statusu" sadəcə "Satılır" kimi seçilə bilər.
Əgər elanın "Statusu" "Axtarılır" olaraq seçilərsə, elan fotolarında başqa şəxslərin nəqliyyat vasitəsi (NV) təsvir oluna bilməz.
Elana fotoşəkil əlavə edilməsi ilə bağlı qaydalar aşağıdakılardır:
Elan yerləşdirərkən (qeydiyyat nişanları elanları istisna olmaqla) maksimum 6 şəkil əlavə etməyə icazə verilir. Şəkillərin saytda göstərilən formada yerləşdirilməsi məqsədəuyğundur.
Sayta yüklənən elan şəkillərinin ölçüləri "Yeni Elan" səhifəsində göstərilən ölçülərə uyğun olmalıdır.
Elanın fotoları təmiz və aydın çəkilməlidir. Bulanıq, reklam məqsədli, ekran görüntüsü (screenshot) şəklində olan fotolar və ya üzərində hər hansı mətn əks olunan fotolar qəbul edilmir.
Elanı yerləşdirərkən bütün məlumatlar dəqiq və açıq-aydın yazılmalıdır. Əgər elan məlumatları tam və düzgün olmazsa, elan saytda yayımlanmayacaq.
Aşağıdakı hallarda istifadəçinin əlaqə vasitələri bloklanır və o, daha elan yerləşdirə bilmir:
Operatora və ya moderatora qarşı hörmətsizlik edən istifadəçilər saytda elan yerləşdirmək hüququnu itirir.
Elanında bir qiyməti qeyd edib, daha sonra telefonla fərqli qiymət təklif edən istifadəçilər saytda elan yerləşdirə bilməz.
Saytın bütün müstəsna mülkiyyət hüquqları Azərbaycan qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş və fəaliyyət göstərən "Avteon" şirkətinə (VÖEN: 7100717922) aiddir.